Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb


21:58     17 Aprel 2019 2019/04/eb25e04c-c8b3-40c6-80cb-91ffc4afd805_1555522419.jpg

Bu ilin yanvar-mart aylarında Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 12 xarici ölkə vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat yayıb.

Saxlanılan şəxslərin 3-ü Hindistan, 3-ü Banqladeş, 2-si Türkiyə, 1-i İran, 1-i Yəmən, 1-i Azərbaycan, 1-i Əfqanıstan vətəndaşıdır.

Hesabat dövründə əcnəbilərlə yanaşı, 5 Gürcüstan vətəndaşı da saxlanılıb.

Saxlanılan şəxslərə qarşı istintaq tədbirləri həyata keçirilir. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 454