3 yaşlı Arzu Qurbanlının valideyinləri Ali Məhkəməyə müraciət etdi


09:49     18 Aprel 2019 19_04_18_1555566637.jpg

3 yaşlı Arzu Qurbanlının ölüm işi ilə əlaqədar uşağın atası Ali Məhkəməyə müraciət edib.


Məhkəmə may ayının 7-də, saat 10:10-da, hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

Bu barədə Femida.az -a uşağın atası Sənan Qurbanlı məlumat verib.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Ailə üzvləri uşağın ölümündə həkimlərin günahkar olduğunu iddia edir. Onlar uşağın əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən "Kolipsol" dərman preparatının normadan artıq verildiyi üçün uşağın özündə olmadığını, məhz bu səbəbdən boğularaq dünyasını dəyişdiyi bildirir.

Açar sözlər:

Oxunub: 499