Sumqayıtda kürəkən qayınanasını döydü


09:58     18 Aprel 2019 19_04_18_1555567152.jpg

Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib.

Femida.az -ın ONA-ya istinadən məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.

Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib.

Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 406