“Azərbaycan Bayrağı” ordenli şəhid Elşad Ağayevin doğum günüdür - VİDEO


10:00     18 Aprel 2019 19_04_18_1555567322.jpg

Bu gün “Azərbaycan Bayrağı” ordenli Elşad Ağayevin doğum günüdür. Yaşasaydı, 52 yaşı olacaqdı. Vətən uğrunda canından keçmiş Elşad şəhidlik zirvəsinə ucalana qədər böyük qəhrəmanlıq yolu keçib.

Femida.az xəbər verir ki, Elşad Ağayev 1967-ci ilin bu günü Masallı rayon Hişdərə kəndində anadan olub. O, hərbi xidmətdən qayıtdıqdan sonra 1992-ci ilin martında ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində ikinci bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Həmin ərazidə qəhrəmanlığına görə fərqlənib. Elşad Ağayev mənfur düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca ermənini məhv edib.



Müdafiə Nazirliyinin baş qərargahının xüsusi təyinatlı dəstəsində xidmət edib. 1993-cü il dekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli Fərmanı ilə Dövlət bayrağı ordeni ilə təltif olunub. Bir neçə ildən sonra ümummilli lider Heydər Əliyev bu yüksək dövlət mükafatını qəhrəmanın anası Dilşad xanıma şəxsən təqdim edib.

Masallı rayonunda yerləşən orta məktəblərdən biri Elşad Ağayevin adını daşıyır.



Femida.az

Açar sözlər: #şəhid   #Elşad_Ağayev   #Qarabağ   #qəhrəman  

Oxunub: 2238