Əlil arabası almaq üçün göndəriş tələbi ləğv olunacaq
10:19 18 Aprel 2019
Əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi vasitəsilə əlil arabası ilə təmin olunmaları üçün müraciət proseduru sadələşdiriləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, hazırda həmin şəxslər Tibbi-Sosial Ekspert Komissiyalarının tibbi göstərişi əsasında əlil arabası ilə təmin edilirlər.
Bu tibbi göstərişlərin verilməsi üçün isə səhiyyə müəssisələrinin göndərişi (Forma 88) tələb olunur. Reabilitasiya vasitələri ilə bağlı nazirlik tərəfindən hazırlanan yeni qanunvericilik aktının layihəsində əlil arabasının təkrar alınması üçün göndəriş (Forma 88) tələbi çıxarılıb.
Ümumilikdə, qanunvericilikdə aparılan islahatlar əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatla əlaqədar müraciət prosedurlarının sadələşdirilməsinə xidmət edir. Məqsəd isə bu sahədə süründürməçiliyə zəmin yaradan halların aradan qaldırılması, reabilitasiya sisteminin şəffaf və ədalətli, əlilliyi olan şəxslərə daha əlçatan şəkildə qurulmasıdır.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Hərbçilərə mərmi apararkən minomyotla vurdular: İNDİ ƏLİLLİK ALA BİLMİR
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verilib
- Agentlik sədri: "Bu il 30 min şəxsə əlillik təyin olunub"
- Cəlilabadda yanğın başlayıb