Azərbaycan cəbhədə raketləri işə saldı - FOTO + VİDEO

Azərbaycan cəbhədə raketləri işə saldı - FOTO + VİDEO


10:50     18 Aprel 2019 19_04_18_1555570300.jpg

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, məşğələlər zamanı bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.

Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər.


Açar sözlər: #Hərbi_xəbərlər   #müdafiə_nazirliyi   #müharibə   #əsgər  

Oxunub: 3326