“Qırmızı kitab”a düşən ayını ovlayanların məhkəməsi başlayıb
11:08 18 Aprel 2019
İsmayıllıda qanunsuz ov etməkdə təqsirləndirilən Rahim Kazımov, Səfər Səfərov, Asəf Hacıyev, Nüsrət Səfərov, Mühasib Nuriyev və Rasid Talıbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Femida.az -ın xəbərinə görə, hakim Rafael Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı aprelin 23-nə təyin edilib.
Qeyd edək ki, ötən il noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə "Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib. R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən, N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd "İJ” və 1 ədəd "Lavrona” markalı ov tüfəngləri götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Oxunub: 403
Oxşar xəbərlər
- “Qırmızı Körpü”də gömrük əməkdaşı bıçaqlanıb
- “Qırmızı kitab”a düşən balıqları ovlamağın cəriməsi artırıldı
- “Qırmızı Xaç”la əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
- “Qırmızı Xaç” Dilqəm və Şahbaza baş çəkib
- “Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız
- “Qırmızı Xaç” Dilqəm və Şahbaza baş çəkib
- “Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovulub
- “Qırmızı Körpü”dəki problem həll edildi
- “Qırmızı Körpü”də səyyar hospital xidmətə başlayıb
- “Qırmızı kitab”a düşən maral ovlandı - İşə polis qarışdı