Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
11:21 18 Aprel 2019
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin ön oturacaqlarının arxasında və yük hissəsinin örtüyünün altında 2000 ədəd "Gold Marlboro" markalı siqaret və 8 ədəd 1 litrlik "Nemiroff Delikat" markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb
- Ölkəyə ət idxalı azalıb
- Ölkəyə tapança keçirmək istədilər
- Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz telefonların keçirilməsinin qarşısını alındı
- Ölkəyə külli miqdarda narkotik gətirilməsinin qarşısı alındı
- Ölkəyə qanunsuz gətirilən siqaretlər müsadirə olundu (FOTO)
- Ölkəyə silah və narkotik keçirmək istəyən şəxslər yaxalanıb - RƏSMİ
- Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
- Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alındı