DİN: Saxta profil və səhifə işlədən şəxslər məsuliyyətə cəlb olunacaq
11:27 18 Aprel 2019
Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Femida.az -a verilən məlumatda qeyd olunur ki, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.
Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.
Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir. Vətəndaşlar Daxili İşlər Nazirliyininin rəsmi www.mia.gov.az saytından "facebook", “instagram ”, "twitter" və "youtube" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:
Facebook - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki (https://www.facebook.com/mia.gov.az/)
İnstagram – azerbaycan.din keçid linki - (https://www.instagram.com/azerbaycan.din/)
Youtube - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki - (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w?view_as=subscriber)
Twitter - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan )
Oxunub: 538
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"