Məhkəmə nümayəndələri hərbi hissələrdə görüşlər keçiriblər


11:16     18 Aprel 2019 2019/04/16d211e707e58784bc1fc4e57903d8b2_1555573424.jpg

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Füzuli Hərbi Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsinin nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə görüşlər keçiriblər.


Görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Sonda şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

Femida.az

Açar sözlər: #Atəşkəs   #Cəbhə   #Qarabağ   #Azərbaycan   #Ermənistan   #Müharibə   #Ağdam   #Şuşa   #Silah  

Oxunub: 753