Ermənistanda hərbçi intihara cəhd etdi


11:40     18 Aprel 2019 19_04_18_1555573279.jpg

Yerevanda müqaviləli hərbçi güllə yarası ilə xəstəxanaya yerləşdirilib.


“Sputnik Ermənistan”ın məlumatına görə, hadisə paytaxt yaxınlığındakı hərbi hissələrdən birində baş verib.

Qeyd edilib ki, adı açıqlanmayan hərbçinin vəziyyəti ağırdır.

İlkin ehtimallara görə, o, özünə qəsd etmək istəyib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumatı təsdiq edib.

Açar sözlər:

Oxunub: 351