Yevlaxda "Mercedes" atlını vurdu - At öldü, atlı xəstəxanada


12:01     18 Aprel 2019 2019/04/747811_1555574533.jpg

Yevlax rayonu ərazisində yol qəzası baş verib.


Femida.az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarı ilə atla gedən rayon sakinini vurub.

Hadisə nəticəsində at ölüb, sahibi, Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Maşın   #Avtomobil   #Yanğın   #Qəza    

Oxunub: 605