Ramazan ayı bu tarixdə BAŞLAYIR
12:33 18 Aprel 2019
Ramazan ayının ilk günü may ayının 6-na təsadüf edir.
Bu barədə Femida.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Təşkilat şöbəsinin müdiri Əlirza Qafarov deyib.
O bildirib ki, may ayının 5-i axşamı niyyət axşamı, 6-sı Ramazan ayının birinci günüdür: “Ramazan təqviminə əsasən, mayın 6-sı Bakıda imsak saat 03:57-də, iftar isə saat 19:56-dır. Yəqin ki, yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bununla bağlı fətvasını elan edəcək”.
Qeyd edək ki, Ramazan təqvimi Şamaxı Astrofizika Rəsədxanası və QMİ tərəfindən birlikdə hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramı kimi göstərilib.
Oxunub: 623
Oxşar xəbərlər
- Ramazan bayramı günlərində havanın temperaturu 5-8 dərəcə aşağı enəcək
- Ramazan ayı bu tarixdə başlayaq - RƏSMİ
- Ramazan ayı ilə bağlı QMi-də toplantı keçiriləcək
- Ramazan Abdulatipovun qardaşına 12 il həbs cəzası verildi
- Ramazan ayının təqvimi - CƏDVƏL
- Ramazanda bu ölkənin məscidlərini 1,5 milyon insan ziyarət edib
- Ramazan Bayramı nə vaxtdır? - Şamaxı Rəsədxanası açıqladı
- Ramazan günlərində temperaturu 39 dərəcəyədək yüksələcək
- Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı
- Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL