Evində narkotik bitki əkib-becərən Şəki sakini saxlanılıb


12:45     18 Aprel 2019 narkotik6.jpg

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı Mirseyid Ağababayev saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə bitkisinin şitillləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #narkotik  

Oxunub: 1232