Yolu keçən piyadanı maşın vurdu


14:03     18 Aprel 2019 piyada5.jpg

Aprelin 18-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şabran rayon sakini V.Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Əli Əsgərovu vurub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Maşın   #Avtomobil   #Qəza  

Oxunub: 282