Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı


14:21     18 Aprel 2019 hebs.jpg

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-ə hücum edən Tural Qarayev adlı şəxs saxlanılıb.


Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

T.Qarayev törətdiyi əllərinə görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə müraciət edərək verib. Müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunub və məsələ ilə bağlı ərizələri alınıb.

Açar sözlər: #Fuad_Qəhrəmanlı  

Oxunub: 422