Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq


14:53     18 Aprel 2019 2019/04/1555583108_15555789576241757506_1000x669_1555584887.jpg

"Minimum əmək haqqının, pensiyanın təxminən 40% qaldırılması önəmli addımdır. Artım böyük olsa da bu bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq".


Femida.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən bildirib.

Dövlət başçısı qeyd edib ki, müvafiq göstərişlər verilib, indi hökumətdə iş aparılır:

"Müvafiq nazirliklərə göstəriş verildi. Bizim maliyyə imkanlarımız artır. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük rəqəm artıq büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir. O cümlədən maaşların, pensiyaların qaldırılmasına.

Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırıldı. 600 minə yaxın insan bu proqramla əhatə olundu. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əmək haqqı, minimum pensiyalar Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasın".


Açar sözlər: #İlham_Əliyev   #Pensiya   #maaş  

Oxunub: 1260