TƏCİLİ: 54 yaşlı qadına təcili qaraciyər köçürülməlidir - Bu gün son gündür


17:09     18 Aprel 2019 2019/04/vefaxanim_1555592761.jpg

54 yaşlı qadına təcili qaraciyər köçürülməlidir.


Yaxınlarının Femida.az-a verdiyi məlumata görə, İsayeva Vəfa Şəhriyar qızı 2014-cü ildən qaraciyərdəki problemlərə görə müalicə alıb. 2016-cı ildən həkimlər qaraciyər dəyişilməsi lazım olduğunu desə də, ailənin maddi imkanı olmadığı üçün qaraciyərin köçürülməsi mümkün olmayıb. Vəfa xanım hazırda ağır vəziyyətdə "Avrasiya" klinikasındadır. Artıq danışa da bilmir. Ailənin klinikaya borclu olmasına baxmayaraq rəhbərlik onların xahişini yerə salmayıb, maddi imkansızlığa görə həkim nəzarətində qalır. Amma artıq qaraciyər müalicəyə tabe olmur. Həkimlər bildiriblər ki, əgər bu gün Mərkəzi Gömrük hospitalında qaraciyər dəyişməsə, dünyasını dəyişə bilər. Donor Vəfa xanımın oğlu olacaq. Lakin əməliyyat üçün 50 000 manat pul lazımdır. Ailənin maddi vəziyyəti bu qədər pulun ödənilməsinə imkan vermir.

Gəlin Vəfa xanımın yaşamasına dəstək olaq. Təcili əməliyyat olunmasa, həyatını xilas etmək mümkün olmayacaq.

Oğlu İsayev Murad Muxtar oğlunun bank hesabı
MilliÖN - eManat Unibank

22422994






Femida.az

Açar sözlər:

Oxunub: 1896