Çörəyə görə vergi güzəştinin müddəti uzadıldı
17:17 18 Aprel 2019
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Femida.az xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.
Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.
Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.
Femida.az
Oxunub: 754
Oxşar xəbərlər
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Bakıda çörək sexində nöqsanlar aşkarlanıb
- Bakıda çörək şirkətinə cərimə protokolu yazılıb
- Bakıda çörək zavodunda qadın faciəvi şəkildə ölüb
- Dövlət Xidməti un və çörək istehsalçılarına xəbərdarlıq etdi
- Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
- Yevlaxda çörək sexində nöqsanlar aşkarlanıb
- Sumqayıtda nöqsan aşkarlanan çörək sexi bağlanıb
- Zaqatalada çörək sexində nöqsanlar aşkarlanıb
- Çörəkbişirmə sexindəki partlayışla bağlı cinayət işi açılıb