Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb


18:08     18 Aprel 2019 2019/04/3c7443bb-49e8-4dc8-85d9-d535922fe69b_1555593607.jpg


Cəlilabad rayonunda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb.

Maddi mədəniyyət nümunələrinə rayonun Şatırlı kəndində yerli sakinlər tərəfindən köhnə evin söküntüsü zamanı rast gəlinib.

Onlar arasında daşdan düzəldilmiş əmək alətləri, məişət əşyaları və hətta məktublaşmalar zamanı qəbilə başçısı tərəfindən istifadə olunan və üzərində xüsusi təsvir olan daş da var. Mütəxəssislərin sözlərinə görə, bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. Tapıntıların birinin üzərindəki işarə Qobustandakı qayaüstü təsvirləri xatırladır.

Tarixçi Elşad Əmənov bildirib ki, maddi mədəniyyət nümunələri 7-8 min il əvvələ aiddir.

Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək. / Report



Femida.az

Açar sözlər: #Cəlilabad  

Oxunub: 717