Ramiz Mehdiyev tədbirlər planını təsdiq etdi
17:30 18 Aprel 2019
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.
Femida.az xəbər verir ki, sənəddə Dövlət İdarəçilik Akademiyasında dövlət qulluğunun aktual problemlərinə dair elmi-praktik konfransın keçirilməsi, Dövlət Statistika Komitəsi tərəfindən müvafiq statistik məlumatların dərc edilməsi, yerli icra hakimiyyətlərində tədbirlərin təşkil olunması, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ölkə ictimaiyyətinin məlumatlandırılması, dövlət orqanlarında uzun illər səmərəli fəaliyyət göstərən dövlət qulluqçularının orden, medal və fəxri adlarla təltif edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi barədə təkliflərin hazırlanması kimi məsələlər öz əksini tapıb.
Femida.az
Oxunub: 492
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- Ramiz Mehdiyev istefa verib
- Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilən sayt rəhbərinə hökm oxunub
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- Ramiz Göyüşov YAP-dan çıxarılıb
- Ramiz Əzizbəyli vəfat edib
- Ramiz Məmmədov vəfat edib
- Ramiz Həsənov nazir müavini vəzifəsindən azad edildi - Səfir təyin edildi
- Ramiz Məmmədov sabah dəfn ediləcək
- Ramiz Mehdiyevin həyat yoldaşına qarşı iddia üzrə məhkəmə prosesi keçirilib