Daha 3 rayonda azot gübrəsi güzəştli satılıb


18:57     18 Aprel 2019 2019/04/B0A30A24-EB04-4438-AAA2-AFD51D576CDB_1555595446.jpeg


Şəkidə və Gədəbəydə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Femida.az -a verilən məlumata görə, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək məmnuniyyətə nail olmaqdır.

Növbəti səyyar satış aprelin 17-də Şəkinin Başgöynük və Gədəbəyin ucqar sərhəd kəndlərindən biri olan Düzrəsullu kəndlərində baş tutub. Səyyar satışlar zamanı 11,25 azot və 4,4 ton nitroammafoska gübrəsi satılıb.

Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə alıblar. Növbəti satış aprelin 18-də Qəbələnin Çuxurqəbələ, aprelin 19-da isə Şamaxının Qızmeydan kəndində təşkil ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 363