Səbaildə yol tikintisinə pul ayrıldı

Səbaildə yol tikintisinə pul ayrıldı


19:11     18 Aprel 2019 baki%20sumqayit%20alternativ%20yol.jpg

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az -ın məlumatına görə, sərəncama əsasən Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,45 milyon (iki milyon dörd yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Açar sözlər:

Oxunub: 120