“WhatsApp”a animasiyalı stikerlər əlavə ediləcək


20:55     18 Aprel 2019 19_04_18_1555599343.jpg

“WhatsApp” tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa hazırlaşırlar.

Femida.az “ICTnews”a istinadən xəbər verir ki, sözügedən funksiya tezliklə “Android”, “iOS” və veb versiya üçün son yeniləmələrdə əlçatan olacaq.

Animasiyalı elementlər stikerlər dəstinə daxil ediləcək.

Stikerlər göndərildikdən sonra GIF formatlı fayllardan fərqli olaraq həmişə animasiya formasında olacaqlar.

Açar sözlər:

Oxunub: 802