Bakıda yanğın ağaclara zərər vurdu


22:52     18 Aprel 2019 yangin_38673636.jpg

Aprelin 18-də saat 20:00 radələrində Xətai rayonu Araz Novruzov və Qafqaz küçələrinin kəsişməsindəki məişət tullantıları konteynerində naməlum səbəbdən yanğın baş verib.

Femida.az Bakı Şəhər Təhsil idarəsinə istinadən xəbər verir ki, yanğın zamanı külək nəticəsində alov 58 nömrəli tam orta məktəbin həyətindəki 2 ədəd şam ağacına sıçrayıb və şam ağaclarında yanğın baş verib.

Məktəbin gecə gözətçisi dərhal yanğından mühafizə idarəsinə məlumat verib.
Yanğın söndürülüb, ətraf binalara zərər dəyməyib və xəsarət alan olmayıb.


Femida.az

Açar sözlər:

Oxunub: 396