Köməksiz qalan 4 azyaşlı xilas olunub


09:25     19 Aprel 2019 usaq%20azyasli%20yixilib.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Femida.az FHN-nin saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, Bakı şəhərinin Suraxanı rayonunda da giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalan 2 nəfər azyaşlı xilas edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 304