Misirdə qatar qəzası - 30 nəfər yaralandı


10:02     19 Aprel 2019 2019/04/qatar-(1)_1555653819.jpg

Misirin şimalında Kafr əş-Şeyx əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Qatarın iki vaqonu tam sürətlə relsdən çıxıb və aşıb. Nəticədə azı 30 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzaya səbəb kimi ilkin ehtimal olaraq relslərin zədələnməsi göstərilir.

Femida.az

Açar sözlər:

Oxunub: 468