Bakıda dəhşətli anlar:Sükan arxasında infarkt keçirən sürücü qəza törətdi +VİDEO


10:03     19 Aprel 2019 19_04_19_1555653842.jpg

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.


Femida.az ONA-ya istinadla verdiyi məlumata görə, avtoqəza zamanı "VAZ 2115" və "Nissan" markalı avtomobillər toqquşub.

Bildirilir ki, Fətəlixan Xoyski küçəsi ilə İqbal İsmayılovun idarə etdiyi "Nissan" markalı avtomobil işıqforun yaşıl işığında yoluna davam edərkən "VAZ 2115" markalı avtomobil qırmızı işıqda keçərək onunla toqquşub.

Məlum olub ki, "VAZ 2115"-in sürücüsü sükan arxasında ürək tutması keçirdiyindən avtomobili saxlaya bilməyib. Vəziyyəti ağır olan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər: #qəza   #sürücü  

Oxunub: 1239