Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən qadının məhkəməsi başlayıb

Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən qadının məhkəməsi başlayıb


10:59     19 Aprel 2019 2019/04/1505551268_0001_1508239117_1555657007.jpg


Nəsimi Rayon Məhkəməsində xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, Ə. Şirinova Z. Xanbabayevanın evindən qızıl-zinət əşyaları və pul oğurlaqda ittiham edilir. Onun barəsində cinayət işi Z. Xanbabayevanın şikayətindən sonra başlanılıb.(ONA)

Femida.az

Açar sözlər: #Hökm   #Hakim   #Məhkəmə   #Həbs    

Oxunub: 204