Qaz və işıq problemlərinin həlli üçün İşçi Qrupu yaradılıb
11:03 19 Aprel 2019
Vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazir Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.
Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.
Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.
Femida.az
Oxunub: 429
Oxşar xəbərlər
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb
- Azərbaycanın Şimal-Qərb bölgəsində qaz olmayacaq
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Azərbaycanın 3 rayonunda qaz kəsiləcək
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq
- Qaz olmayacaq - XƏBƏRDARLIQ
- Bakının Qaradağ rayonunda qaz kəsiləcək
- Sabah Azərbaycanın üç rayonunda qaz kəsiləcək
- Şəkinin bir hissəsində qaz kəsiləcək