6 otaqlı tikilidə YANĞIN


11:09     19 Aprel 2019 yangin_38673636.jpg

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı tikilinin (arakəsmə divarları taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərsindəki əşyalar 50 m² sahədə, dam örtüyü 15 m² sahədə yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı həcmi 30 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Qəza   #FHN   #Nazirlik  

Oxunub: 375