Tanınmış həkimi və həyat yoldaşını öldürən şəxsin məhkəməsi başlayıb


11:35     19 Aprel 2019 1398947325_mehkeme3.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə məhkəmənin hazırlıq iclası keçirilib.


Femida.az -ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxım iclası aprelin 29-na təyin edilib.
İttihama görə, hadisə ötən ilin iyul ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və onun həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Tanınmış həkim olan A. Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ. Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ. Xancanov 2 ay əvvəl işdən çıxarılıb.

Açar sözlər:

Oxunub: 359