Dənizdən qadın meyiti tapıldı
14:03 19 Aprel 2019
Aprelin 17-si Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.
DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, meyitin xarakterik əlamətlərinə gəlincə, boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır.
Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslübunda tikilən qara şalvar, qara uzunboğaz yün köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.
Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 643
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”