Bakıda “ərəb” ləqəbli narkotacir saxlanıldı
14:30 19 Aprel 2019
Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev saxlanılıb.
Femida.az DİN-ə istinadən xəbər verir ki, onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qramheroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. O, narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib.
T.Mirzəyev ifadəsində narkotik vasitəni əldə etdiyi şəxslə bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində tanış olduğunu bildirib. Qeyd edək ki, T.Mirzəyev narkotik vasitələri öz adından yox, “ərəb” ləqəbindən istifadə edərək satırmış.
T.Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 396
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb