Mənzildən 53 yaşlı kişinin meyiti tapıldı


14:44     19 Aprel 2019 bakda-mnzild-rus-qadnn-meyiti-tapld_1.jpeg

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb.


Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az- a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Əfəndiyev Yaşar İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Açar sözlər:

Oxunub: 498