Daha bir nazir vətəndaşlarla görüşdü


14:48     19 Aprel 2019 2018/05/muxtar_1525180918.jpg

Aprelin 19-da ekologiya və təbii sərvətlər naziri Ağcabədi şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağcabədi, Bərdə, Ağdam və Tərtər rayonlarının vətəndaşlarını qəbul edib.


Femida.az xəbər verir ki, qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 371