Sürücülərə xəbərdarlıq olunur - Burdan keçməyin!
15:23 19 Aprel 2019
Ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılır
Bakıda Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən keçən dəmiryolu keçidində sürət qatarının və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılır.
"Bunla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı var. Əvvəllər sürət qatarları həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürəti azaltmalı olurdu. Digər tərəfdən, insanların dəmiryolu xəttini keçməsi də təhlükə yaradırdı" - V.Əsədov bildirib.
Qeyd edib ki, yeni tunelin tikintisindən sonra avtomobillər tunellə birbaşa hərəkət edəcək: "Həmçinin, piyadalar da tuneldən keçə biləcəklər Sürücülərdən bunu nəzərə almağı xahis edir və tövsiyə edirik ki, alternativ yollardan istifadə etsinlər".
Femida.az
Oxunub: 455
Oxşar xəbərlər
- Sürücülərə vacib xəbər - 40 manat cərimə oluna bilərsiniz - VİDEO
- Sürücülərə qarşı dələduzluq edən 18 yaşlı qız tutuldu
- Sürücülərə 40 manatlıq CƏRİMƏ XƏBƏRDARLIĞI
- Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişib
- Sürücülərə müraciət
- Sürücülərə xəbərdarlıq: Bu yerlərdə maşın saxlamayın!
- Sürücülərə taxoqraf sistemi ilə nəzarət olunacaq
- Sürücülərə xəbərdarlıq olunur
- Sürücülərə yeni cəzalar gəlir: bunu edənlər 50 manat CƏRİMƏLƏNƏCƏK
- Sürücülərə XƏBƏRDARLIQ! Bir gününüz qaldı