Buraxılış imtahanında ən yüksək balı bir şagird topladı
15:41 19 Aprel 2019
"3 martda IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında ən yüksək nəticə göstərən şagird 87, 1 bal toplayıb"
Femida.az azedu.az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsindəki canlı yayımda DİM-in bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov deyib. Onun sözlərinə görə, məktəbli cəmi 1 sualın cavabında yanlışlığa yol verib:
“Şagird Azərbaycan dili və Riyaziyyatdan ona təqdim olunan bütün sualları düzgün cavablandırıb. Xarici dildən isə 15-ci sualda səhvə yol verib. Şagird ümumilikdə 87,1 bal toplayıb”.
Xatırlaq ki, IX sinif buraxılış imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 baldır. Deməli, şagirdlər 3 fənn üzrə cəmi 90 bal toplaya bilərlər.
Femida.az
Oxunub: 712
Oxşar xəbərlər
- Jurnalistikaya qəbul olmaq istəyənlər qabiliyyət imtahanı verəcək
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir
- DİM iyulun 6-7-də imtahan verəcək abituriyentlərə müraciət edib
- Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
- Doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları keçirilib