Kaşıkçı cinayəti ilə bağlı sensasion XƏBƏR:İki casus saxlanılıb (VİDEO)


16:46     19 Aprel 2019 2018/10/cemal-kasikcinin-son-sozleri-ortaya-cikti_1539774569.jpg

Türkiyədə Birləşmiş Ərəb Əmirliklərinin Kəşfiyyat Xidmətində fəaliyyət göstərən iki casus saxlanılıb.


Femida.az -ın Haberler.com saytına istinadən verdiyi xəbərə görə, şübhəli şəxslər aprelin 15-də saxlanılsalar da, bu barədə informasiya bu gün KİV-ə məlum olub.

Qəzetə danışan mənbə bildirib ki, hazırda rəsmi Ankara həbs olunanlardan birinin səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə əlaqəsinin olub-olmadığını araşdırır.




Xatırladaq ki, Amerikanın “The Washington Post” qəzetində işləyən Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının konsulluğunda öldürülüb. Jurnalistin cəsədi bugünə qədər tapılmayıb.

Açar sözlər: #camal_kaşıkçı   #cinayət  

Oxunub: 1209