Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir


18:37     19 Aprel 2019 19_04_19_1555679269.jpg


Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.



Femida.az

Açar sözlər: #qatar  

Oxunub: 1120