İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


18:46     19 Aprel 2019 2019/04/e9f17eb3-f8e5-416e-b57f-898e62aae7a2_1555679691.jpg


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlayıb.


Departamentdən Femida.az-a bildirilib ki, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanınmaksimaltemperaturu 10-15 dərəcə isti, aprelin 21-də 18 dərəcəyədək isti təşkil edəcək.

Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, aprelin 21-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi aprelin 21-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Femida.az

Açar sözlər: #hava  

Oxunub: 493