Azərbaycanlı deputat adam bıçaqladığını etiraf etdi - TƏFƏRRÜAT
17:18 19 Aprel 2019
Məktəbdə oxuyanda sinif yoldaşımla dalaşmışdım, ona gücüm çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim.
Femida.az -ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı azvision.az-a deyib.
Deputat bildirib ki, o ən sərt sistemin dövründə orta məktəbdə oxuyub:
"Tam məsuliyyətlə deyirəm, dəcəl olduğum üçün danlanmışam. Hətta məktəbdən 10 günlük uzaqlaşdırılmışam. Sinif yoldaşımla dalaşmışdım, ona gücüm çatmadığı üçün bud nahiyəsinə bıçaqla xəsarət yetirmişdim. Rəhmətlik babam təkid etdi ki, uşaq məktəbə qaytarılmalıdır. Dedi, mənim uşağımı döyüblər, heç kim aralamayıb, o da məcbur olub bıçaqdan istifadə edib. Ancaq heç zaman valideynlərim və ya müəllimlərim dərsə görə məni cəzalandırmayıblar. Bir dəfə qardaşımı müdafiə edib özümdən böyük bir oğlanı döymüşdüm. Məni atama şikayət etmişdilər. Atam da məni cəzalandırmışdı. Yalnız onda atamı 3-4 gün danışdırmamışam".
Oxunub: 441
Oxşar xəbərlər
- Azərbaycanlı aktyor belə öldürüldü - DƏHŞƏTLİ VİDEO YAYILDI
- Azərbaycanlılara qarşı soyqırımından 104 il ötür
- Azərbaycanlı tələbə Ukraynada necə əsir düşüb? – ÖZÜ DANIŞIR
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi
- Azərbaycanlı cəmiyyət sədri Ukraynada mühasirəyə düşüb
- Azərbaycanlı deputatlar İrəvanda Göy məscidi ziyarət ediblər
- Azərbaycanlı tələbə Rusiyada qətlə yetirildi - FOTO
- Azərbaycanlı gənc Rusiyada partlayışda ölüb
- Azərbaycanlı məşhur kriminal avtoritet öldürüldü
- Azərbaycanlı məşqçi koronavirusdan vəfat edib