Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib

Azərbaycan Ordusunun nümayəndələri NATO-nun təlimində iştirak edib


18:55     19 Aprel 2019 2019/04/4df79d8f-5cb6-4386-bd3e-1f84d580e12b_1555679884.jpg


Azərbaycan Ordusunun nümayəndələri NATO-nun Hərbi Tibb Mükəmməliyyət Mərkəzi və Rumıniya Milli Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Vigorous Warrior - 2019” çoxmillətli tibb təlimində iştirak edib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Rumıniyanın Çinku təlim mərkəzində 39 ölkədən 2500 nəfərdən artıq nümayəndənin iştirak ilə keçirilən təlimin əsas məqsədi tibbi təminat sisteminin təkmilləşdirilməsi, idarəetmənin qiymətləndirilməsi, hərbi, mülki, beynəlxalq və qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqənin qurulması qaydalarının məşq etdirilməsi olub.

Təlim zamanı tibbi təminat, kimyəvi, bioloji, radioloji, nüvə (KBRN) və partlayıcı qurğuların tətbiqinə qarşı hazırlıq, axtarış-xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, müasir texnoloji dəstək vasitələrinin tətbiqi və digər məsələlər öyrənilib.

Femida.az

Açar sözlər: #Nato  

Oxunub: 218