Nazir Zaqatalada vətəndaşları qəbul edəcək


19:07     19 Aprel 2019 inam79.jpg

Kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 26-da Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüşəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Femida.az-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-663-40-89) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Femida.az

Açar sözlər:

Oxunub: 331