Nazir Elinanın ölümündən danışdı: Bizim üçün sarsıdıcı oldu”

Nazir Elinanın ölümündən danışdı: "Bizim üçün sarsıdıcı oldu”


19:39     19 Aprel 2019 2018/04/ceyhun-bayramov_1524644015.jpg


“Bakıda 162 məktəbdə baş vermiş hadisə və 2 gün sonra şagirdin ölümü bizim üçün sarsıdıcı oldu”.

Femida.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov "ASAN" radioya müsahibəsində deyib.

O bidlirib ki, bir neçə gün öncə Bakı şəhər məktəblərinin direktorları ilə iclas keçirilib: “Hesab edirəm ki, məktəb psixoloqu, sinif rəhbərləri fənn müəllimləri fənləri tədris etməklə yanaşı, şagirdlərin psixoloji durumundan da xəbərdar olmalıdır. Bütün bu işlər isə valideynlərlə əlaqəli həyata keçirilməlidir. Valideyn hər zaman sinif rəhbərləri ilə, müəllimləri ilə əlaqədə olmalıdır. Müəllim də valideyni tanımalıdır”.

Nazir qeyd edib ki, yüksək sosial risk faktoru olan şagirdlərə xüsusi diqqətin göstərilməsi vacibdir: “Bütün bunların edilməsi üçü məktəb kollektivi hər bir şagirdi tanımalıdır. Düzdür, bu, çətin prosesdir. Ancaq hesab edirik ki, valideynlərlə sıx əlaqədə olmaqla bunları etmək mümkündür. Yaxın vaxtlarda yeni normativlər də qüvvəyə minəcək. "Qaynar Xətt" yaradılır, "Məktəblinin dostu" layihəsinin genişləndirilməsi aparılacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 371