“Boko Haram” kəndə hücum etdi


20:44     19 Aprel 2019 nigeria-boko-haram-2000-feared-killed-after-baga-attacked-second-time-days_0.png

“Boko Haram” terror təşkilatı Kamerunun şimalındakı Tçarkamari adlı kəndinə hücum ediblər.

Femida.az “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, terrorçular 9 sakini qətlə yetiriblər. 4 nəfər isə yaralanıb.

Bununla da kifayətlənməyən terrorçular evləri də yandırıblar.

Qeyd edək ki, “Boko Haram” təşkilatı 2000-ci illərin əvvələrindən Nigeriyada, 2015-ci ildən etibarən isə Kamerun, Çad və Nigerdə kütləvi qətliamlar törədir. Bu vaxta qədər 20 minə yaxın insanın öldürüldüyü bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 307