Mingəçevirdə 1 gündə 3 uşaq hündürlükdən yıxıldı


20:50     19 Aprel 2019 usaq%20azyasli%20yixilib.jpg


Mingəçevirdə bir gündə 3 azyaşlı yıxılaraq xəsarət alıb.

Femida.az Trend-ə istinadən bildirir ki, aprelin 18-də şəhər sakini, 2012-ci il təvəllüdlü Umudzadə Ruslan Vüqar oğlu həyətlərində hündürlükdən yıxılıb. Nəticədə uşaq başın qapalı travması ilə xəstəxanaya yerləşdirilib.

Həmin gün şəhərin Ə.Vahid küçəsində, şəhər sakini, 2004-cü il təvəllüdlü Mahmudov Məhəmməd Bəhruz oğlu da yaşadığı evin pilləkənindən yıxılaraq xəsarətlər alıb.

Şəhərin N.Vəzirov küçəsində yaşayan, 2005-ci il təvəllüdlü Salmanov Vüsal Qabil oğlu isə hasardan tullanarkən yıxılıb. Nəticədə 14 yaşlı yeniyetmənin mil sümüyü sınıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 426