Dərisiz doğulan körpə sağ qalacaqmı? – Tibbdə kuryoz


21:30     19 Aprel 2019 19_04_19_1555693932.jpg

Nadir genetik anomaliya ilə doğulan körpənin bədən səthində dəri təbəqə yoxdur. Dəri yalnız baş hissədə var.


Femida.az medicina.az-a istinadən bildirir ki, Vabari Gay bu ilin yanvar ayında keysəriyyə yolu ilə 37 həftəlik, 1360 qram doğulan körpə qəfil ürəyinin dayanması səbəbindən təcili əməliyyatla alınıb. Doğulanda yalnız baş və dabanlarında dəri olduğunu görən həkimlər ona anadangəlmə aplaziya diaqnozu qoyub.
Bu anomal diaqnoz nadir halda, hər 10.000 körpədə bir rast gəlinir.

Körpə özü nəfəs ala bilmədiyindən onu reanimasiyada süni tənəffüs aparatına qoşan həkimlər əlavə bir şey edə bilməyəcəklərini bildiriblər.
Övladlarını xilas etmək üçün ata-ana Hyustonda məşhur uşaq xəstəxanasına müraciət edir.

Burda həkimlər uşağı müayinə edib, əvvəlki diaqnozu inkar edərək, bulloz epidermoliz genetik xəstəliyini diaqnoz edir.


Bu xəstəliyin müalicəsi yoxdur. Hazırda körpənin çəkisi artıb, onun bədənini isə xüsusi sarğı materialı ilə sarıyıb, hər gün dəyişirlər.

Uşağın dərisinin olmaması ilə yanaşı çox problemləri var. Onun başı daim önə əyildiyindən, tənəffüs yolları bitişib və o sərbəst nəfəs ala bilmir.
Uşağın üzərində bir neçə əməliyyat keçirilməsi planlaşdırılır. İlk növbədə onun başı dik dayanmalıdır. Daha sonra dəri köçürülməsi nəzərdən keçiriləcək.

Açar sözlər:

Oxunub: 604


Oxşar xəbərlər