Şəmkirdə iki maşın toqquşub, ölən və xəsarət alanlar var


21:42     19 Aprel 2019 avtomobil%20qezasi%20(11).jpg

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə bir nəfər ölüb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb. Xəsarət alanlardan 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı xəstəxanaya yerləşdirilib. Qadının əri isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Açar sözlər:

Oxunub: 354