“Naxçıvan Məhsulları” publik hüquqi şəxsi yaradılıb


22:19     19 Aprel 2019 vasif.jpg

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin yaradılması və muxtar respublikada ərzaq məhsullarının istehsalı, tədarükü və təchizatı işinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında “Naxçıvan Məhsulları” publik hüquqi şəxs yaradılıb.

Muxtar Respublikanın Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini, işçilərinin say həddini və strukturunu təsdiqləmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 541